330x110
 

"Şəfəq-Asiman"-ın qazı Türkiyə və ya Avropaya ixrac edilə bilər

09.04.2021,16:24


9 aprel, Fineko/abc.az. "Şəfəq-Asiman" strukturundan hasil olunan qazı Türkiyə və ya Avropaya ixrac etmək olar.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hələlik "Şəfəq-Asiman"ın istehsal potensialının necə olacağı məlum deyil, amma bu struktur "Cənub Qaz Dəhlizi" vasitəsilə tədarükün artırılması üçün istifadə oluna bilər.

Agentlikdən bildiriblər ki, daxili satışlar daha az rentabellidir, Azərbaycandakı hazırkı hasilat isə daxili qaz tələbatının təmin olunması üçün kifayətdir:

"Hələlik layihənin potensial rentabelliyini qiymətləndirmək mümkün deyil, çünki strukturun əsas parametrləri hələlik məlum deyil".