330x110
 

42 min 234 doz vaksin vurulub - Bir gündə

09.04.2021,17:14


9 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda 42 min 234 doz vaksin vurulub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 33 min 930 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 8 min 304 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 111 min 722 doz vaksin vurulub. Bunlardan 706 min 433-ü birinci mərhələ, 405 min 289-u isə ikinci mərhələ vaksinasiyadır.