330x110
 

Gömrük Komitəsinin daxilolmaları bu göstəricilər üzrə azalıb – Siyahı

09.04.2021,17:30


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin yanvar-mart ayları ərzindəki göstəricilərlə bağlı hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə ƏDV üzrə daxilolmalar 7,9% azalaraq 636 milyon 883 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin birinci rübündə daxilolmalar 13,8% artaraq 35 milyon 705,6 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 10 milyon 224,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 3,8% azdır.