330x110
 

Neft ucuzlaşır, Brent barel başına $62,68 təşkil edir

12.04.2021,10:13


12 aprel, Fineko/abc.az. Bazar ertəsi günü neftin etalon markalarının qiymətləri koronavirusa yoluxma hallarının artması səbəbindən azalır, bu da tələbatın kəskin azalmasına səbəb ola bilər.

Saat 9:45-də London ICE Futures birjasında hərracında Brent-in iyun fyuçersi $0,27 (0,43%), barel başına $62,68 qədər düşüb. Aprelin 9-da keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçersinin qiyməti $0,25 (0,40%) – barrel başına $62,95-dək azalıb.

Saat 9:45-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersi $0,26 (0,44%) – barelə başına $59,06 düşüb. 9 aprel tarixində keçirilən hərracların nəticələrinə görə, may ayına fyuçers qiyməti $0,28 (0,47%) – bir barelə $59,32-a düşdü.

Ötən həftənin nəticələrinə görə Brent 2,9%, WTI – 3,5% ucuzlaşıb.