"Şuşa" restoranında toy edənlər saxlanıldı - Cərimələndilər

10:22 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Bakının Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkarlanıb. 

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

 

Bütün xəbərlər