Milli Konservatoriyada dərslər dayandırıldı - Rektor koronavirusa yoluxub

11:19 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Xalq artisti özü məlumat verib.

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”. Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVID-19 səbəbindən təhsil müəssisəsində əyani dərslər dayandırılıb. Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.

 

Bütün xəbərlər