330x110
 

Pensiyalar bu tarixdə ödəniləcək – Fond vaxtı açıqladı

12.04.2021,11:26


12 aprel, Fineko/abc.az. Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.