330x110
 

Bankomatlarda yeni pul nişanları ilə bağlı niyə çətinlik yaranır? – Açıqlama

12.04.2021,12:32


12 aprel, Fineko/abc.az. Mərkəzi Bank son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ABC.AZ xəbər verir ki, məlumatda bildirilir ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış və müvafiq pul nişanları ilə təmin edilib.

Müəllif: Elmir Murad