330x110
 

Azərbaycan gündəlik bu qədər xam neft hasil edəcək

12.04.2021,14:15


12 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 734,8 min barrel olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 592,1 min barrelini xam neft, 142,7 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barrel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.