330x110
 

“OPEC plus” ölkələri gündəlik xam neft hasilatını tədricən artıracaq - Qərar

12.04.2021,14:26


12 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barrelədək artırılması ilə bağlı qərar qəbul edilib.

Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barrel) mayda 8 min barrel və əlavə olaraq iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıq təşkil edəcək.

Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.