330x110
 

Tovuzda toy etmək istəyən 12 nəfər saxlanılıb - Cərimələniblər

13.04.2021,10:31


13 aprel, Fineko/abc.az. Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 12 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.