330x110
 

Azərbaycanda orta aylıq pensiya 60% artıb – Hesabat

13.04.2021,10:59


13 aprel, Fineko/abc.az. 2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36% artaraq 4,5 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı 3 illik hesabatda qeyd olunub.

Sənədə əsasən, hesabat dövründə ölkədə müavinətlər 2,2 dəfə artaraq 613 milyon manat, təqaüdlər 3,5 dəfə artaraq 326 milyon manata çatıb Bundan başqa, 3 il ərazində Azərbaycanda orta aylıq pensiya 60% artaraq 330 manata çatıb.

O cümlədən yaşa görə orta aylıq pensiya 54% artaraq 361 manata, əlilliyə görə 66% artaraq 290 manata, ailə başçısını itirməyə görə isə 63% artaraq 267 manata yüksəlib.

Eyni dövrdə minimum pensiya 82% artaraq 200 manata çatıb. Hesabat dövrünün sonunda ölkədə yaşayış minimumu 190 manat, ehtiyac meyarı isə 160 manat təşkil edib ki, bu da, müvafiq olaraq 23% və 38% artım deməkdir.