Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri görsünlər - Prezident

11:22 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı çıxışında bir sıra vacib məqamlara toxunub.

O qeyd edib ki, Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər.

"Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər