Biz münaqişənin həlli yollarının tapılmasında maraqlı olmuşuq - Prezident

11:41 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Azərbaycan həmişə konstruktiv mövqedə olub.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında maraqlı olmuşuq.

"Çünki biz münaqişədən əziyyət çəkən tərəfik. Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərinin tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”, - deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər