İlham Əliyev İtaliyaya təşəkkür etdi

12:08 - 13.04.2021


13 aprel, Fineko/abc.az. İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır ölkədir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı İtaliyaya təşəkkür edib: "İtaliyaya, xüsusilə Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı ifadə etdiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti olaraq qəbul edilir. Azad edilmiş ərazilərin yenidən qurulması planlarının ilk günündən biz İtaliya şirkətlərini səfirlik vasitəsilə iştirak etməyə dəvət etdik”, - dövlət başçısı deyib.

 

Bütün xəbərlər