330x110
 

Valyuta hərracında Azərbaycan Mərkəzi Bankı banklara $62,1 mln. satıb

13.04.2021,12:36


13 aprel, Fineko/abc.az. 13 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-in məlumatına əsasən, aprelin 13-də keçirilən valyuta hərracında banklara $62,1 mln satılıb. “Hərracda tələb 62,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir” , - məlumatda belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.