330x110
 

Külək enerjisinə ən çox pul yatıran 2 ölkələr

13.04.2021,14:43


13 aprel, Fineko/abc.az. Ötən ilin nəticələrinə əsasən, Türkiyə Avropa ölkələri sırasında külək enerjisi layihələrinə investisiya yatırımlarına görə ilk beşliyə daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə "WindEurope"un 2020-ci ilin nəticələrinə görə dərc etdiyi hesabatda qeyd olunub.

Hesabata əsasən, Türkiyə 2020-ci ildə külək enerjisi layihələrinə 1,6 mlrd. avro yatıraraq, reytinqin beşinci pilləsində qərarlaşıb.

Külək enerjisi layihələrinə investisiya üzrə reytinqə 13,5 mlrd. avro ilə Böyük Britaniya liderlik edir.

Müəllif: Elmir Murad