330x110
 

Kompüter satışı artıb - Ən çox kompüter satan şirkətlər

13.04.2021,15:23


13 aprel, Fineko/abc.az. Bu ilin I rübündə qlobal kompüter satışı koronavirus pandemiyasının təsiri ilə ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 % artaraq 84 milyona çatıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə bazar araşdırmaları agentliyi “IDC”nin açıqlamasında bildirilib.

Məlumata görə, gündəlik təxminən 1 milyona yaxın kompüter satışı həyata keçirilən bazara 24,3 %-lik payla Çinin “Lenovo” şirkəti rəhbərlik edir.

O, hesabat dövründə 20,4 milyon kompüter satıb ki, bu da illik müqayisədə 59,1 % çoxdur.

Növbəti pillələrdə 22,9 %-lik bazar payı ilə ABŞ-ın “HP" və 15,4 %-lə “Dell” şirkətləri qərarlaşıb.

Eyni dövrdə bu şirkətlər müvafiq olaraq 19,2 milyon (illik müqayişsədə 64,1 % çox) və 12,9 milyon ədəd (23,4 % çox) kompüter satıb.