330x110
 

Banklarda rəqəmsallaşma prosesinin sürətində çətinlik yaradan amil

14.04.2021,11:43


14 aprel, Fineko/abc.az. Mərkəzi Bank və digər qurumlar tərəfindən aparılmış islahatlarda yaranmış fərq banklarda rəqəmsallaşma prosesinin sürətli və geniş tətbiqində çətinliklər yaradır.

ABC.AZ xəbər verir ki, bunu "Rəqəmsal ekosistemin inkişafinda maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

"Qarşıdakı dövrdə bu problemlər öz həllini tapacaq. Bu səbəbdən müxtəlif qurumlarda təkmilləşdirmə və uyğunlaşdırma işləri aparılır", - deyə Z. Nuriyev qeyd edib.