330x110
 

Banklarda innovasiyalar pandemiyadan öncə tətbiq olunub - Mərkəzi Bankın baş direktoru

14.04.2021,12:11


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfrans keçirilib.

ABC.AZ-ın məlumatına görə, konfransda  Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib ki, bank sektorunda innovasiya texnologiyalarının tətbiqinə pandemiyadan çox öncə başlanılıb və pandemiyanın daha çox vüsət alması rəqəmsallaşmanı sürətləndirmişdi.

Onun sözlərinə görə, pandemiya insanların bulud texnologiyalarına, süni intellekt həllərinə olan inamını daha da artırıb.

"Artıq vətəndaş və biznes mühiti daha çox internet həllərdən daha aktiv istifadəyə başlayıb. Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan araşdırmaya görə, məhz pandemiya dövründə son ilki illə müqayisədə rəqəmsal ödəniş alətlərindən istifadə edənlərin sayı 21 % artıb" deyə F.Osmanov qeyd edib.

Müəllif: Elmir Murad