330x110
 

Türkiyə turizm bazarında ciddi sarsıntı - Rusiyanın uçuşları dayandırması sektora zərər vuracaq

14.04.2021,15:10


14 aprel, Fineko/abc.az. Bildiyiniz kimi 15 aprel - 1 iyun tarixlərində Rusiya Türkiyə və Tanzaniyaya ilə müntəzəm və çarter uçuşlarını dayandıracağını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, açıqlamadan dərhal sonra Türkiyənin turizm bazarında ajiotaj yaşanıb.

Belə ki, Rusiyanın sözügedən ölkələrə uçuşları dayandırması turizm sənayesinə ciddi ziyan vuracağını göstərir.

Rusiya Tur Operatorları Birliyinin (ATOR) verdiyi məlumata görə, artıq 500 mindən çox insan qadağanın tətbiq olunacağı 15 aprel-1 iyun tarixləri üçün turpaketlər alıb.

Bu isə ümumilikdə 35 milyard rubl vəsait deməkdir. Bu məbləğə otel və uçuşları özləri sifariş edən müstəqil turistlərin xərcləri daxil deyil.

Müəllif: Elmir Murad