330x110
 

Dövlət banklarının bazarda ən çox aktivi olan MDB ölkələri - Siyahı

14.04.2021,15:44


14 aprel, Fineko/abc.az. MDB ölkələrinin bankları qarşısında duran başlıca təhlükələr daxili və xarici münaqişələrin artması ehtimalı, əhalinin yaşlanması, dövlət banklarının hökmranlığı, kiber hücumlarıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, belə bir qənaət “Moody’s” agentliyinin tədqiqatında yer alır.

Belə ki, sadalanan təhlükələr MDB ölkələrində dünya bank sektoruna nisbətən daha qabarıq şəkildə özünü göstərir.

O cümlədən münaqişələrlə bağlı təhlükənin 2020-ci ildə Azərbaycan, Ermənistan, habelə daxili sabitsizliyin baş qaldırdığı Qırğız Respublikası və Belarusda özünü göstərdiyi bildirilir. Əmək qabiliyyətli əhalinin azalması isə daha çox Ukrayna, Belarus, Rusiya banklarının gəlirlərinə mənfi təsir göstərəcək.

Dövlət banklarının bazardakı aktivlərdəki payı Özbəkistanda 85 faiz, Rusiyada 73 faizə qarşı Azərbaycanda 29 faiz təşkil edir.