330x110
 

Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər verilib - Foto

14.04.2021,16:00


14 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edib.

ABC.AZ xəbər verir ki, tədbirdə qeyd olunub ki, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutulur.

O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9 460 mənzil və fərdi ev verilib.