330x110
 

Koreya nəhəngi yeni qurğusunu təqdim edəcək - Detallar

14.04.2021,16:20


14 aprel, Fineko/abc.az. “Samsung Electronics” kompaniyası aprelin 28-də baş tutacaq “Galaxy Unpacked” təqdimatında ən güclü “Galaxy” qurğusunu nümayiş etdirəcək.

ABC.AZ-ın məlumatına görə, hələki  hansı qurğudan söhbət getdiyi bildirilmir.

Qeyd edək ki, “Galaxy” məhsullarına smartfonlar, planşetlər və noutbuklar daxildir. Cənubi Koreyanın analitikləri hesab edir ki, çox güman ki, yenilənmiş “Galaxy Book Pro” və “Galaxy Book Pro 360”, həmçinin ən müasir “Snapdragon” prosessoru ilə təchiz olunmuş “Galaxy Book Go” noutbuklardan söhbət gedir.

Müəllif: Elmir Murad