Paşinyan Ermənistanın Qarabağ müharibəsindəki itkilərini açıqladı

16:31 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı həlak olanların təsdiqlənmiş sayı ilə bağlı məlumat verib.

ABC.AZ-ın məlumatına görə, N.Paşinyan müharibədə ölənlərin 3621 nəfər olduğunu açıqlayıb.

Paşinyan bu barədə ölən hərbçilərin ölüm sertifikatlarına əsaslanaraq açıqlama verib.

O qeyd edib ki, itkin düşənlərin sayı 321 nəfərdir. Bundan əlavə, 201 nəfərin qalıqları DNT analizi mərhələsində olduğunu deyib.

 

Bütün xəbərlər