330x110
 

Azərbaycanla Türkiyə arasında daha bir sənəd imzalandı - Gömrük əlaqələri genişlənir

14.04.2021,17:31


14 aprel, Fineko/abc.az. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

DGK-dan ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

Sonda "Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı" imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Ticarət nazirinin müavini Rıza Tuna Turaqay imzalayıblar.