330x110
 

Bu gündən istilik təchizatı dayandırılır

15.04.2021,10:14


15 aprel, Fineko/abc.az. Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.