330x110
 

Azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar sırasında 9-cudur

15.04.2021,12:31


15 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında azərbaycanlılar Türkiyədə 251 mənzil alıblar.

ABC.AZ Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlıların Türkiyədən mənzil alışı azalıb.

Belə ki, 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 284 mənzil almışdılar.

Azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında isə 106 mənil alıblar.

Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90 və 95 mənzil olmuşdu.

Qeyd edək ki, azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir. 

Müəllif: Elmir Murad