330x110
 

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb - 3 dəfə

15.04.2021,14:49


15 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 18,6 milyon ABŞ dolları pul köçürülüb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur. Hesabat dövründə ən çox pul köçürmələri 7,3 milyon ABŞ dolları olmaqla mart ayının payına düşüb.

Yanvar-mart aylarında qonşu ölkədən Azərbaycana isə 3,8 milyon ABŞ dolları göndərilib ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 0,2 milyon dollar çoxdur. İlk 3 ayda Gürcüstana xarici ölkələrdən ümumi pul köçürmələri illik müqayisədə 49,5 % artaraq 188,2 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkədən xaricə pul köçürmələri isə 24,9 milyon ABŞ dollarına (+21,9 %) bərabər olub.