330x110
 

“Azərbaycan Sənaye Bankı” hesabat açıqladı - 5 dəfədən çox azalma

15.04.2021,15:42


15 aprel, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilin 1-ci rübünün hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrü bank 416 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrü nisbətən 5,4 dəfə azalma deməkdir.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəət ilə bağlamışdı.

Müəllif: Elmir Murad