330x110
 

"Araz Supermarket”-i cərimələnib - İş məhkəməyə göndərilib

15.04.2021,16:31


15 aprel, Fineko/abc.az. "Araz Supermarket” MMC-yə inzibati protokol yazılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.