330x110
 

Azərbaycanda 28 600 doz vaksin vurulub - Bir gündə

15.04.2021,17:03


15 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda 28 600 doz vaksin vurulub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Birinci mərhələdə peyvənd olunanların sayı 23 891 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4709 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 271 781 doz vaksin vurulub. Bunlardan 837 304-ü birinci mərhələ, 434 487-si isə ikinci mərhələ vaksinasiyadır.