330x110
 

Azərbaycanda istehsal olunan maskaların sayı açıqlanıb

15.04.2021,17:11


15 aprel, Fineko/abc.az. Azərbaycanda pandemiya başlayandan bu günə kimi istehsal olunan tibbi maskaların sayı açıqlanıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, hökumətdən bildirilib ki, qısa zamanda Azərbaycanda tibbi maska istehsalı təşkil edilib.

"Ölkəmizdə müasir dövrün çağırışlarına cavab verən infrastruktur formalaşdırılıb, əhalinin tibbi maskaya tələbatı təmin edilib. Belə ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub" deyə məlumatda qeyd olunub.