330x110
 

Neftin bahalaşması davam edir, Brent barel başına $67,33 təklif edilir

16.04.2021,10:17


16 aprel, Fineko/abc.az. Enerji daşıyıcılarına tələbatın perspektivləri ilə bağlı cümə günü neft qiymətləri yüksəldi.

Schneider Electric analitiki qeyd edir ki, tələbat perspektivləri ilə bağlı optimizm neft bazarının artımının əsas komponenti olaraq qalır.

9:42-də London ICE Futures birjasında Brent iyun fyuçersi $ 0,39 (0,58%), barel başına $67,33 qədər yüksəldi. Aprelin 15 - də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçersinin qiyməti $0,36 (0,54%) - barrel üçün $66,94-ə qədər artıb.

9:42-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət WTI-nin may fyuçersi $0,41 (0,65%) – barrel başına $63,87-ə yüksəldi. 15 aprel ayının nəticələrinə görə, may ayına olan fyuçers qiyməti $0,31 (0,49%) – bir barel üçün 63,46 dollara yüksəldi.

Beynəlxalq Enerji Agentliyi 2021-ci ildə, iqtisadi perspektivlərin yaxşılaşdırılmasına istinad edərək, dünyada neftə olan tələbatın proqnozunu 230 min b/s artırıb. Agentliyin qiymətləndirmələrinə görə, 2021-ci ildə neftə tələbat 96,7 mln.b/s-ə çatacaq ki, bu da 2020-ci ildə olduğundan 5,7 mln b/s çoxdur.