330x110
 

Cəriməsi olan avtomobillər Rusiyadan ölkəmizə buraxılmayacaq

16.04.2021,10:39


16 aprel, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahibləri və sürücülərə müraciət edib.

İdarədən ABC.AZ-a verilən xəbərə görə, tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata əsasən, Rusiya Federasiyasının “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib.

"Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulmuş inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir", - deyə məlumatda qeyd olunub.