330x110
 

Türkiyədə kriptovalyutalardan ödəmələrdə istifadə olunmayacaq – Qadağa

16.04.2021,10:46


16 aprel, Fineko/abc.az. Bundan sonra Türkiyədə ödəmələrdə kriptovalyutadan istifadə etmək mümkün olmayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin rəsmi qəzetində məlumat verilib.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının qərarına əsasən, kriptovalyutalar ödəmələrdə birbaşa və ya dolayı şəkildə istifadə edilə bilinməyəcək.

Eyni zamanda kriptovalyutaların ödəmələrdə istifadə edilməsi üçün xidmət göstərilməsi qadağan edilib.

Qeyd edək ki, qərar 30 Aprel 2021-ci ildən qüvvəyə minəcək.

Müəllif: Elmir Murad