“Mercedes” yeni elektrikli flaqmanını təqdim edib - Foto

11:04 - 16.04.2021


16 aprel, Fineko/abc.az. “Mercedes” yeni elektrikli “EQS” flaqmanını təqdim edib.

ABC.AZ xəbər verir ki, yeni elektrikli flaqman xarici görünüş baxımından “EQS” 2019-cu ildə nümayiş etdirilən “Vision EQS” avtomobilini xatırladır.

Bəzi rakurslardan “EQS” ümumiyyətlə “CLA” və ya “CLS” modelləri kimi görünür. Belə ki, “EQS”in ölçüləri (5,216 x 1,926 x 1,512) hətta “S-Class W223” modelindən üstündür (5,179 х 1,954 х 1,503).

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər