330x110
 

Dövlət büdcəsinin icrasında artıqlıq yaranıb - Hesabat

16.04.2021,14:34


16 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlarda qeyd olunub.

Sözügedən dövrdə dövlət büdcəsinin xərcləri isə 5 milyard 523,7 milyon manat təşkil edib.

Büdcənin icrasında 212,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər profisit (artıqlıq) yaranıb.

Müəllif: Elmir Murad