330x110
 

Üç ayda əhalinin hər nəfərinə bu qədər ÜDM düşüb

16.04.2021,14:47


16 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 milyard 921,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.