330x110
 

Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb

16.04.2021,16:22


16 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək aprelin 1-nə 5 milyon 54 min ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Hesabata əsasən, hazırda Gürcüstanın xarici dövlət borcu 7,7 milyard dollardır.

Sözügedən məbləğin də 7,3 milyard dolları hökumətin payına düşür.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə dəyişməyib.

Belə ki, Gürcüstanın sadalanan ölkələrə borcu müvafiq olaraq 9 milyon 766 min ABŞ dolları, 37 milyon 468 min ABŞ dolları və 5,1 milyon ABŞ dolları qalıb.