330x110
 

SOCAR 1-ci rüblə bağlı hesabat açıqladı - 1,4 mln tondan çox neft emal olunub

16.04.2021,16:49


16 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı emal kompleksində 1,4 mln tondan çox neft, 1,1 mlrd kubmetrdən çox təbii qaz emal olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Qeyd olunub ki, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib.

Buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.