330x110
 

Azərbaycanın təbii qaz ixtacı kəskin artıb

19.04.2021,11:09


19 aprel, Fineko/abc.az. 2021-ci ilin ilk 3 ayında Azərbaycandan ixrac olunan təbi qazın həcmi kəskin artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk rübündə 867 milyon 67 min dollar dəyərində 6 milyard 165 milyon 450 min kubmetr qaz ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə ölkəmizdən 161 milyon 926 min dollar dəyərində 1 milyard 390 milyon 690 min kub metr təbii qaz ixrac edilmişdi.

Müəllif: Elmir Murad