330x110
 

Azərbaycanın Gürcüstandan avtomobil idxalı azalıb - 9 dəfədən çox

19.04.2021,12:16


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 47,8 milyon ABŞ dolları dəyərində 7 193 ədəd minik avtomobili idxal edib.

ABC.AZ Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, avtomobillərin sayı illik müqayisədə 790 ədəd və yaxud 9,9 % azalıb.