330x110
 

Nazir müavini işdən azad olundu - Sərəncam

19.04.2021,14:43


19 aprel, Fineko/abc.az. Ramiz Ayvaz oğlu Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.