330x110
 

"Ümid" yatağında ikinci hasilat platformasını tikiləcək - SOCAR rəsmisi

19.04.2021,15:23


19 aprel, Fineko/abc.az. SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir.

"Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur", - İ.Əhmədov qeyd edib.