330x110
 

Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr - Siyahı

19.04.2021,15:24


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 358 153,34  min ABŞ dolları dəyərində 3 630 329,4 ton neft ixrac edib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Hindistan yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda İspaniya üçüncü yer tutur. Yanvar-mart aylarında bu ölkəyə 179 876,63 min dollar dəyərində 517 887,6 ton neft ixrac edilib.