330x110
 

Daşkəsəndən Kəlbəcərə elektrik xətti çəkilir

19.04.2021,16:12


19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışı olub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev açılışda iştirak edib. Mərasimdə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezidentə “Azərenerji” ASC-nin Daşkəsən rayonundan Kəlbəcər rayonuna elektrik xətti çəkdiyini bildirib.

“Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir. Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”, - deyə o, qeyd edib.