330x110
 

Yerevan yenə qarışdı - Daha bir aksiya

19.04.2021,16:25


19 aprel, Fineko/abc.az. Ermənistanın paytaxtı Yerevanda yenidən etiraz aksiyaları başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu dəfə aksiyanı Qarabağda xidmət edən erməni çağırışçıların valideynləri keçirir.

Onlar hökumət binasının qarşısına toplaşaraq övladlarının xidmət müddətinin azaldılmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərini çatdırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.