330x110
 

Bu il dövlət büdcəsinin kəsiri 5 faizdən yuxarı olacaq - Proqnoz

19.04.2021,16:36


19 aprel, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula nisbəti 5,2 faiz səviyyəsində proqnozlaşdırılır.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır. Fondun proqnozlarına əsasən, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2 dəfədən çox azalacaq və 2,3 faiz təşkil edəcək.