Yoluxanların sayı azaldı - Son statistika

16:51 - 19.04.2021


19 aprel, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

 

Bütün xəbərlər